EN

İlk medal Zelimdən gəldi

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Futbolpress.az xəbər verir ki, idmançı üçüncü yer uğrunda yarışda BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini məğlub edib.

Bu, Azərbaycan dünya çempionatında ilk medalı olub.

Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.

Chosen
22
9
futbolpress.az

10Sources