EN

Aldığı yeməkdən qurd çıxdığını deyən Səmraya RESTORANDAN CAVAB

Shownews portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, model Səmra Hüseynova "Cafe city"dən şikayət edib. 

odel İtaliyaya uçan zaman Bakıda hava limanında "Cafe city"də oturub və "Sezar roll" alıb. O bildirib ki, yeməyin içindən qurd çıxıb.

"Miss Azərbaycan"ın sosial şəbəkədə yayılan videosundan sonra "Cafe city" baş verən hadisəyə görə modeldən üzr istəyib və açıqlama yayıb:

"Hörmətli Səmra Hüsyenova!

Şirkətimiz artıq 15 ildən çoxdur ki, ictimai iaşə sektorunda fəaliyyət göstərir və bu sahədə böyük təcrübəmiz var. Şirkət keyfiyyət standartlarına malikdir və mütəmadi olaraq daxili prosedurlar üzrə yoxlamalar aparılır. Restoran biznesində insan amili var ki, bu da çox təəssüf ki, müəyyən problemlərə yol açır. Salatın inqredientlərinə daxil olan kahının içindəki qurdu görməmək işçilərin diqqətsizliyinin nəticəsidir. Haqlı iradınız üçün təşəkkür edirik, sizdən üzr istəyirik. Qeyd edək ki, iradınızı nəzərə alaraq sizdən hesab götürməməklə yanaşı, həmin yeməyin keyfiyyətinə cavabdeh olan iki əməkdaşı da işlərinə məsuliyyətlə yanaşmadıqlarına, keyfiyyət standartlarına uyğun davranmadıqlarına, gigiyenaya əməl etmədiklərinə görə sərt şəkildə cəzalandıraraq işdən azad etmişik. Bir daha üzr istəyir və minnətdarlığımızı bildiririk. Tezliklə yenidən sizi qonaqlarımız arasında görəcəyimizə ümid edirik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
4
icma.az

5Sources