EN

İranın XİN başçısı Avropa rəsmiləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Əraqçi Böyük Britaniyadan DevidLemmi, Almaniyadan İohan Vadefül, Fransadan Jan-Noel Barro vəAvropa İttifaqının diplomatiyasının rəhbəri Kaya Kallas ilə telefondanışığı apararaq Yaxın Şərqdəki gərgin vəziyyəti müzakirəedib.

Trend xəbər verirki, bu barədə nazirin Telegram kanalında yerləşdirilmiş məlumatdabildirilir.

Mətnə əsasən, Əraqçi bildirib: “İranın təcavüzə qarşı qanunimüdafiəsi güc tətbiqi ilə davam edəcək və müharibənin istəniləngenişlənməsinin nəticələrinə görə məsuliyyət İsrailin, onuntərəfdarlarının və buna haqq qazandıranların üzərinə düşəcək.”

Telefon danışığı zamanı o əlavə edib: “Şübhə yoxdur ki, İsrailABŞ-nin dəstəyi, yardımı və əməkdaşlığı ilə İran xalqına qarşı bumüharibəyə başlayıb. Buna görə də biz ABŞ-ni bu vəziyyətə görəməsuliyyətli və törədilən cinayətlərdə şərik hesab edirik.”

Chosen
8
az.trend.az

1Sources