EN

Qazaxıstan və Çin arasında aparılan danışıqlar nəticəsində 24 sənəd imzalanıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astana, 17 iyun, AZƏRTAC

Astanada Prezident Kasım-Jomart Tokayev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan danışıqların yekununda 24 hökumətlərarası və idarələrarası sənəd imzalanıb.

AZƏRTAC “Akorda”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, iki ölkənin nümayəndə heyətlərinin üzvləri energetika, aerokosmik sənaye, rəqəmsallaşma, gömrük tənzimlənməsi, kənd təsərrüfatı, elektron ticarət, turizm, əqli mülkiyyət, tibb, media, elm və regionlararası əlaqələr sahələrində əməkdaşlığı əhatə edən sənədlərlə mübadiləni həyata keçiriblər.

Bundan əlavə, hökumətlərarası səviyyədə investisiyaların təşviqi və qarşılıqlı qorunması, texniki və iqtisadi əməkdaşlıq barədə sazişlər də imzalanıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
2
azertag.az

3Sources