EN

Donald və Erik Tramp "T1 Mobile" mobil rabitə xidməti və qızıl telefon təqdim ediblər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın oğulları — kiçik Donald Tramp vəErik Tramp “Trump Mobile” komandası ilə birgə “T1 Mobile” adlı yenimobil rabitə xidmətini və qızıl smartfon modelini təqdimediblər.

Trend xəbər verirki, bu barədə məlumat “The Trump Organization”un rəsmipress-relizində yer alıb.

“T1 Mobile” xidmətində “The 47 Plan” adlı flaqman tarif ayda47.45 dollar (təxminən 80 manat) qarşılığında müştərilərə təqdimolunacaq.

Xidmət limitsiz zənglər, 5G şəbəkə dəstəyi, pulsuz beynəlxalqzənglər, dərmanların çatdırılması, virtual tibbi xidmətlər və“Drive America” vasitəsilə yolda yardım kimi üstünlükləri ehtivaedir.

Mobil rabitə xidməti istifadəyə verildikdən sonra Trampqardaşları qızıl rəngli “T1” telefon modelini təqdim edib. Smartfonavqust ayında geniş ictimaiyyətə təqdim olunacaq.

Chosen
23
az.trend.az

1Sources