EN

İtaliyanın şimal bölgələrində leysan və tufan fəsadlara yol açıb

Bakı. Trend:

İtaliyanın Veneto və Emiliya-Romanya bölgələrində hökm sürənəlverişsiz hava şəraiti ciddi fəsadlara səbəb olub.

Trend xəbər verirki, aramsız leysan yağışları nəticəsində Veneto regionunun Kadorqəsəbəsinə gedən yollar torpaq sürüşməsi səbəbindən bağlanıb.

Güclü yağışlar yolların palçıq axını ilə örtülməsinə səbəb olub.Mülki müdafiə qüvvələri çətin vəziyyətdə qalan sakinlərintəxliyyəsini həyata keçirib.

Veneto regionunun rəhbəri Luka Zaya bölgədə fövqəladə vəziyyətelan edib. Məlumata görə, cəmi yarım saat ərzində Kador qəsəbəsinə50 millimetr yağıntı düşüb.

Emiliya-Romanya regionunda isə tufan və daşqın Verona və Viçensabölgələri arasında qatarların hərəkətinin tamamilə dayanmasınasəbəb olub. Milan–Venesiya marşrutu üzrə yüksək sürətli qatarlarınhərəkəti isə ya gecikib, ya da ləğv olunub. Parmada yağan güclüdolu daşqınlara səbəb olub, əkin sahələrində məhsullara ciddi ziyandəyib.

Chosen
36
az.trend.az

1Sources