Türkiyənin Kütahya bölgəsində zəlzələ baş verib.
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi saytında yer alan məlumata görə, zəlzələ Kütahyanın Simav rayonunda yerli vaxtla saat 03:44-də 3,5 bal gücündə olub.
Açıqlamada zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilir.