EN

Netanyahu: İranın ali lideri Xameneinin öldürülməsi münaqişəyə son qoyacaq

İsrailin Baş naziri Benyamin Netanyahu “ABC News” telekanalına deyib ki, İsrail “ lazım olan şeyi edir” və İranın ali dini lideri Xameneini sıradan çıxarma ehtimalını istisna etmir.

ABŞ Prezidenti Trampın İsrailin eskalasiya qorxusuna görə Xameneini aradan götürmək planını rədd etdiyi ilə bağlı mediada yayılan xəbərlərə cavab olaraq Netanyahu bunun “eskalasiyaya gətirib çıxarmayacağını, əksinə münaqişəni sona çatdıracağını” vurğulayıb.

Baş nazir həmçinin qeyd edib ki, İranın nüvə proqramını aradan qaldırmaq üçün İsrailə dəstək vermək ABŞ-ın maraqlarına uyğundur. “Bu gün Tel-Əvivdir. Sabah Nyu-York olacaq. Mən “Öncə Amerika” şüarını başa düşürəm, amma “Amerika öldü” sözünü başa düşmürəm”. “Amerikaya ölüm” şüarını səsləndirənlərin istəyi budur ki, biz bəşəriyyətə və humanizmə xidmət edən şeyləri edirik – bu, yaxşılığın şərə qarşı mübarizəsidir və mən prezident Trampın dəstəyini dərindən qiymətləndirirəm”.

Chosen
6
veteninfo.az

1Sources