EN

ABŞ İsraildəki diplomatik missiyaları BAĞLAYIR

ABŞ-ın Qüdsdəki səfirliyi və ABŞ-ın İsraildəki baş konsulluqları İsrail-İran münaqişəsi səbəbindən iyunun 17-də işləməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə diplomatik missiyanın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda deyilir.

Diplomatik nümayəndəliyin qeyd etdiyi kimi, təhlükəsizlik vəziyyəti və İsrail hakimiyyətinin göstərişləri ilə əlaqədar “ABŞ-ın Qüdsdəki səfirliyi çərşənbə axşamı, iyunun 17-də bağlı olacaq”. "Bu, Qüds və Təl-Əvivdəki konsulluq şöbələrinə də aiddir", - diplomatlar əlavə edib. Onlar vurğuladılar ki, “hazırda ABŞ səfirliyinin amerikalıları evakuasiya etmək və ya İsraili tərk etmək üçün onlara birbaşa yardım göstərmək imkanı yoxdur”. Səfirlik əlavə edib ki, “ABŞ-ın bütün dövlət işçiləri və onların ailələri növbəti bildirişə qədər öz evlərində sığınmağa davam edəcəklər”. 

Musavat.com

Chosen
11
5
musavat.com

6Sources