EN

Tramp komandasına İran rəsmiləri ilə görüş təşkil olunmasını tapşırıb

ABŞ Prezidenti Tramp öz komandasının üzvlərinə İran rəsmiləri ilə tez bir zamanda görüşü təşkil etməyi tapşırıb.

AzPost bildirir ki, bu barədə CNN məlumat verib.

Ehtimal olunur ki, bu, Ağ Ev rəhbərinin Tehrana nüvə sazişi üzrə “son və həlledici təklif” etmək niyyətləri ilə bağlıdır.

“Axios” isə bildirir ki, Tramp İrana təzyiq vasitəsi kimi Fordodakı yeraltı uranın zənginləşdirilməsi obyektini məhv etmək üçün İsrailə bunker bombalarını verməyi düşünür.

Nəşrin mənbəsi izah edib ki, Tramp “sövdələşmələr üçün rıçaqlar baxımından düşünür. Bu, rıçaqdır”. Onun sözlərinə görə, İran hakimiyyəti həqiqətən də danışıqlarda maraqlıdır, lakin Vaşinqton bilmir ki, “onları tamamilə diz çökdürmək mümkün olubmu? İranda ölkəni xilas etmək üçün danışıqlara getməli olduqlarını başa düşüblərmi?”.

AzPost.az

Chosen
3
azpost.info

1Sources