EN

Bu ölkə Azərbaycana qarğıdalının kiloqramını 21 manata satıb

2025-ci ilin ilk üç ayında Azərbaycana ümumilikdə 35 562 ton qarğıdalı gətirilib.

Valyuta.az xəbər verir ki, bunun üçün 7,4 milyon dollara yaxın vəsait xərclənib.

İdxalın əsas hissəsi – təxminən 99 faizi Rusiyanın payına düşür. Dəqiq desək, Rusiyadan 35 243 ton qarğıdalı alınıb və bu idxala 7,2 milyon dollar ödənilib. Hesablamalara görə, Rusiyadan gətirilən qarğıdalının 1 kiloqramı təxminən 0,20 ABŞ dollarına, yəni 34 qəpiyə başa gəlib.

Digər ölkələrdən idxal edilən qarğıdalının qiyməti isə xeyli fərqlidir. Məsələn, Cənubi Afrika Respublikasından gətirilən 12 ton məhsul üçün 9,28 min dollar ödənilib, bu da 1 kiloqram üçün 0,77 dollar, yəni 1 manat 31 qəpik deməkdir.

Tailanddan cəmi 20 kiloqramlıq idxal olub, amma bu məhsulun 1 kiloqramı Azərbaycana 12,5 dollara, yəni 21 manatdan çox qiymətə başa gəlib. Ən bahalı idxal da məhz bu ölkədən olub.

Türkiyədən gətirilən 316 ton qarğıdalıya görə isə 190 min dollar ödənilib. Bu da o deməkdir ki, 1 kiloqram üçün qiymət 0,60 dollar və ya 1 manat 2 qəpik təşkil edib.

Sərvanə Rəmixanova

Chosen
6
valyuta.az

1Sources