EN

İran İsrailin gizli hərbi bazalarının 3D görüntülərini paylaşıb – VİDEO

SEPAH-a bağlı "Telegram" kanalları İsrailin strateji obyektlərinin, o cümlədən Ramat David hərbi hava bazasının 3D peyk görüntülərini paylaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Görüntülərdə uçuş zolaqlar, hərbi texnikalar, silah-sursat anbarları, əməliyyat mərkəzləri açıq şəkildə əks etdirilib.
 

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.


İsrail və İran sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu bildirilib.


Bizim.Media

Chosen
10
2
bizim.media

10Sources