EN

12 yaşlı məktəbli öskürəkdən sonra vəfat edib

ain.az bildirir, Azpost portalına istinadən.

Böyük Britaniyanın Southport şəhərində baş verən faciə sosial şəbəkələrdə və mediada geniş rezonans doğurub. AzPost xəbər verir ki, 12 yaşlı Tomas Remeikis adi öskürək şikayəti ilə başlayan sağlamlıq problemi nəticəsində vəfat edib.

Məlumata görə, yeniyetməyə uşaq yaşlarında ağciyər hipertoniyası diaqnozu qoyulmuşdu. Həkim nəzarəti altında olsa da, Tomas müntəzəm tibbi müayinələrdən keçir və xəstəliyin inkişafı qeydə alınmırdı. Ailəsi oğlanın həm akademik, həm də idman uğurları ilə seçildiyini bildirib.

Faciəvi hadisə Tomasın qəfil öskürək və qızdırma yaşaması ilə başlayıb. Vəziyyəti müvəqqəti stabilləşsə də, bir neçə gün sonra dodaqları göyərməyə başlayıb. Ailə təcili olaraq onu xəstəxanaya çatdırsa da, həkimlərin səylərinə baxmayaraq, uşağı xilas etmək mümkün olmayıb.

Həkimlərin ilkin ehtimalına görə, Tomas qəfil ürək dayanması keçirmiş ola bilər. “Mirror” nəşrinin yazdığına əsasən, ölüm səbəbi kimi həmçinin ürək çəpərində anadangəlmə qüsur da aşkarlanıb.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
azpost.info

2Sources