EN

Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından müxtəlif növ narkotik vasitələr alan əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adıçəkilən şəxsdən 1 kiloqrama yaxın marixuana və 350 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

“Cebheinfo.az”

Chosen
5
22
cebheinfo.az

10Sources