EN

Juninyonun komandası dünya çempionatına qələbə ilə başladı

BAKI, 17 iyun. TELEQRAF

ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatının növbəti oyununda Braziliya "Flamenqo"su ilə Tunisin "Esperans" komandası qarşılaşıb.

Teleqraf xəbər verir ki, D qrupunun görüşü braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində qolları Corcian de Arraskaeta 17-ci, Luis Araujo 70-ci dəqiqədə vurublar.

Hazırda "Flamenqo"da çıxış edən “Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo sonadək ehtiyatda qalıb.

“Flamenqo” növbəti oyununu iyunun 20-də İngiltərənin "Çelsi" komandasına qarşı keçirəcək. “Esperans” isə həmin gün “Los Anceles” ilə üz-üzə gələcək. Qrupun ilk oyununda "Çelsi" "Los Anceles"ə qalib gəlib - 2:0.

Chosen
16
teleqraf.com

1Sources