EN

Tramp: İran dialoqa can atır, amma gecikir

Tramp:

İran dialoqa maraq göstərir, lakin bunu "çoxdan etməli idi". Bunu ABŞ Prezidenti Donald Tramp G7 sammiti çərçivəsində Kanada Baş naziri Mark Karni ilə görüşündə deyib – bu barədə RİA Novosti məlumat yayıb."Onlar (İran hakimiyyəti – red.) danışmaq istəyirlər, amma bunu çoxdan etməli idilər. Bizdə 60 gün vaxt vardı, onlarda da. 61-ci gün dedim: bizim artıq razılaşmamız yoxdur", – Tramp bildirib.O əlavə edib ki, hazırda İran “müharibəni udmur”. Bu səbəbdən ABŞ Prezidenti İranın "təcili danışığa başlamalı" olduğunu qeyd edib. Dövlət başçısının sözlərinə görə, razılaşma hələ də mümkündür, lakin şərtlər hər iki tərəfi qane etməlidir.Ulusum.az

Diqqət Çəkənlər

Tehranı nə gözləyir? 15 milyonluq şəhərdən kütləvi çıxış başlayıb? - VİDEO

İsrailin İran planı təkcə günlər yox, həftələrlə davam edə bilər – CNN xəbər verir

Şəkərin kölgəsində gizlənən xərçəng riski

Chosen
8
ulusum.az

1Sources