EN

Çindən vətəndaşlarına çağırış: "Təcili israili tərk edin!"

İran və İsraildə vəziyyət gərgin olaraq qalır. Çin səfirliyi öz vətəndaşlarını İsraili dərhal tərk etməyə çağırıb. Bu barədə Reuters agentliyi Çin diplomatik missiyasına istinadən məlumat yayıb.


Çinli diplomatlar vurğulayırlar ki, İsrail və İran arasında qarşıdurma getdikcə daha çox mülki insan itkisi ilə gərginləşməkdə davam edir. Bütün bunlar vəziyyəti daha da ciddiləşdirir.


Qeyd olunub ki, son günlər bir çox Çin vətəndaşı səfirliklə əlaqə saxlayıb və hava limanlarının nə vaxt açılacağını, "Hainan" Hava Yollarının uçuşları bərpa edəcəyini soruşurlar.


"Çinin İsraildəki səfirliyi İsraildəki Çin vətəndaşlarını quru sərhəd keçid məntəqələri vasitəsilə mümkün qədər tez ölkəni tərk etmələri zərurətindən xəbərdar edir", - diplomatik nümayəndəlik bildirib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Chosen
4
news365.az

1Sources