EN

Ceydon Sanço karyerasını "Napoli"də davam etdirə bilər

"Mançester Yunayted"in hücumçusu Ceydon Sanço A Seriyasında çıxış edə bilər.

Operativ Media xəbər verir ki, bu barədə İtaliyanın “Sky” nəşri məlumat yayıb.

Məlumata görə, 25 yaşlı futbolçu ilə “Napoli” maraqlanır.

İyunun 12-də “Aston Villa”, “Tottenhem” və “Nyukasl”ın da Sançonun transferini nəzərdən keçirdiyi bildirilmişdi.

2024/25 mövsümündə Sanço İngiltərənin “Çelsi” klubunda icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 42 oyuna çıxaraq 5 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb. Klub Sanço ilə daimi müqavilə imzalamayıb.

Chosen
11
operativmedia.az

1Sources