EN

Qəzzada son 24 saatda 66 nəfər ölüb

İsrailin zərbələri nəticəsində son 24 saat ərzində Qəzza zolağında ən azı 66 nəfər ölüb.

APA xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb.

"Son 24 saat ərzində Qəzza zolağında xəstəxanalara 66 ölü, o cümlədən daha əvvəl öldürülən iki nəfərin cəsədi gətirilib. 182 nəfər isə yaralanıb", - məlumatda bildirilir.

Nazirliyin məlumatına görə, martın 18-də İsrail döyüşləri bərpa etdikdən sonra Qəzza zolağında 5139 nəfər həlak olub, itkilərin sayı isə 16882 nəfərə çatıb.

2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 55 432 nəfərdir və 128 923 nəfər isə yaralanıb.

Chosen
8
5
qaziler.az

6Sources