EN

Beyl klub sahibi olur

Qaret Beyl İngiltərənin “Plimut” klubunun səhmlərinə sahib ola bilər.

Msport.az xəbər verir ki, uelsli sabiq futbolçu ABŞ sərmayə şirkəti ilə birlikdə bu hüquqa yiyələnmək imkanı qazanacaq.

Amerikalılar Beylin müəyyən pay sayəsində həm də klubun siması olmasını istəyirlər. Yaxın günlərdə sövdələşmənin həyata keçirilməsi gözlənilir. O, xorvatiyalı futbolçu Luka Modriçin “Suonsi”nin həmsahibi olduğu kimi, eyni rolu əldə bilər.

Qeyd edək ki, ötən mövsümün yekunlarına görə, “Plimut” Çempionşipi tərk edib və növbəti mövsüm 1-ci Liqada yarışacaq.

 

Chosen
4
2
msport.az

3Sources