EN

Ağcabədinin Xocavənd kəndində qanunsuz tikili sökülüb

Bakı, 17 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli bölməsi Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində ötən ay söküntüsü aparılmış qanunsuz tikintinin fiziki şəxs Seymur Həsən oğlu Əliyev tərəfindən yenidən davam etdirilməsi faktını aşkarlayıb, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət olunub.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikili sökülüb.

 

Chosen
6
23
azertag.az

10Sources