EN

İsrailin zərbəsi nəticəsində İran dövlət televiziyasının neçə əməkdaşı ölüb?

İsrailin İranın Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş ofisinə endirdiyi zərbə nəticəsində həlak olan əməkdaşlarının sayı iki nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

"İsrailin İran İslam Respublikasının dövlət televiziya və radio şirkətinin binasına hücumu nəticəsində xəbərlər departamentinin baş redaktoru və katibliyin əməkdaşı həlak olub", - agentliyin açıqlamasında bildirilir.

Bundan əvvəl İranın dövlət yayımı olan IRIB (İran İslam Respublikasının Səsi) İsrailin hücumuna məruz qaldığını bildirib. İsrailin Tehrandakı dövlət televiziyasının ofisinə zərbə endirmə anı İkinci Xəbər Kanalının xəbər yayımında canlı yayımlanıb. Yayımcının verdiyi məlumata görə, binaya ən azı dörd dəfə zərbə endirilib.

Chosen
1
1
publika.az

2Sources