EN

İsmayıllıda atasını bıçaqlayan şəxs saxlanıldı - polis


İsmayıllıda atasına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Belə ki, 1994-cü il təvəllüdlü İsmayıllı rayonunun Talıstan kənd sakini Əzizov Kənan Bəhlul oğlu aralarında yaranmış mübahisə zamanı atası, 1968-ci il təvəllüdlü Əzizov Bəhlul Təşkilat oğluna qarın və boğaz nahiyəsindən bir dəfə bıçaqla xəsarətlər yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən Əzizov Kənan Bəhlul oğlu şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

Mətləb

Chosen
6
27
baki-xeber.com

10Sources