Bakının mərkəzində, "28 May" metrosuna yaxın ərazidə yerləşən, hazırda fəaliyyət göstərən tədris mərkəzi satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, tədris mərkəzi içindəki mebel, mövcud tələbə balansı, müəllim heyəti və reklam materialları ilə birlikdə, tam fəaliyyət göstərən vəziyyətdə 15 000 manata satışa çıxarılıb.
Tədris mərkəzi "Jalə Plaza"nın ikinci mərtəbəsində yerləşir. Ümumi sahəsi 80 kvadratmetr olan obyekt 4 otaq və holl-dan ibarətdir. Eyni zamanda, ehtiyac olduqda əlavə 2 otağın yaradılması da mümkündür. Mərkəz internet, müşahidə kameraları, zəruri mebellər və reklam materialları ilə tam təchiz olunub və hal-hazırda fəaliyyətdədir.
Obyektin əsas üstünlükləri aşağıdakılardır:
Şəhər mərkəzinə yaxın mövqe
5 metr hündürlüyündə işıqlı otaqlar
Daimi təmizlik xidməti
Yüksək sürətli internet
Liftin mövcudluğu
İstilik və kondisioner sistemi
Rahat gözləmə zonası
Texniki dəstək
Resepsiyon və yönləndirmə xidməti
Sanitar qovşaqlar
Maraqlanan şəxslər 051 809 15 89 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Mayya Hüseynova