EN

İran sahillərində üç gəmi yanıb

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hörmüz boğazı yaxınlığında Oman körfəzində üç gəmidə yanğın qeydə alınıb.

Oxu.Az İranın "Press TV" nəşrinə istinadən verdiyi məlumata görə, insident İran sahillərində baş verib.

Yanğınla bağlı məlumat "FIRMS NASA" sisteminin xəritələri ilə təsdiqlənir.

Peyk şəkilləri və monitorinq məlumatları Körfəz sularında üç yanğın hadisəsinin olduğunu göstərir. Hadisənin dəqiq səbəbləri və gəmilərin mənsubiyyəti barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və daha sonra Hind okeanı ilə birləşdirən dar, strateji əhəmiyyətli boğazdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
oxu.az

1Sources