EN

G7 liderləri: “İran regionda terrorun əsas mənbəyidir” KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Kanadada keçirilən G7 sammitində qəbul olunan yekun bəyanatda İran “regional qeyri-sabitliyin və terrorun əsas mənbəyi” adlandırılıb. Bu barədə The Guardian nəşri məlumat yayıb.

KONKRET.az xəbər verir ki, liderlər İranın heç vaxt nüvə silahına sahib olmaması gərəkdiyini vurğulayıblar. Onlar həmçinin Yaxın Şərqdə sülh və sabitliyə sadiq olduqlarını bildirərək, İsrailin özünü müdafiə etmək hüququnu dəstəklədiklərini qeyd ediblər.

The New York Timesın məlumatına görə, bəyanatı G7-yə üzv bütün ölkələrin rəhbərləri, o cümlədən ABŞ prezidenti Donald Tramp imzalayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
konkret.az

2Sources