EN

"Sabah"ın potensial rəqiblərinin sayı 4-ə endi - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan kubokunun qalibi "Sabah"ın da rəqibi bəlli olacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Səpələnməmişlər səbətində yer alan "Sabah" daha yüksək reytinqə malik olan komandalardan birinə rəqib olacaq. Artıq "Sabah"ın potensial rəqiblərinin sayı 8-dən 4-ə eniib. Bunlar "Şaxtyor” (Donetsk, Ukrayna), "Spartak" (Trnava, Slovakiya), "Selje" (Sloveniya) və “Şerif” (Moldova) klublarıdır.

Qeyd edək ki, "Sabah" ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.

Əlavə edək ki, Azərbaycanın avrokuboklardakı digər təmsilçiləri "Qarabağ" (Çempionlar Liqası), "Zirə" və "Araz-Naxçıvan"dır (Konfransa Liqası). Bu komandaların rəqibləri isə sabah keçiriləcək püşkatmada bəlli olacaq.

Chosen
10
3
teleqraf.com

10Sources