İsmayıllıda oğul atasını bıçaqlayıb.
"Unikal" Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Talıstan kəndində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Kənan Əzizov atası 1968-ci il təvəllüdlü Bəhlul Əzizovun qarın və boğaz nahiyəsindən bir dəfə bıçaqlayıb.
Hadisəni törətmiş şəxs Kənan Əzizov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.