EN

"Everton" "Mançester Siti"nin müdafiəçisinin transferi üçün danışıqlara başlayıb

İngiltərənin "Everton" klubu Premyer Liqanın digər təmsilçisi "Mançester Siti"nin müdafiəçisi Kayl Uokerin transferi üçün danışıqlara başlayıb.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Everton"un baş məşqçisi Devid Moyes də 35 yaşlı ingiltərəli futbolçunu transfer etmək istədiklərini təsdiqləyib.

Qeyd edək ki, K.Uoker 2024/2025 mövsümünün ikinci yarısını icarə əsasında "Milan"da keçirib. Müdafiəçi İtaliya klubunun heyətində 16 oyunda iştirak edib. O, 2017-ci ildən Mançester klubunda çıxış edir.

Chosen
14
report.az

1Sources