EN

Aralıq dənizində bir gözəl ada: İbiza çimərlikləri kimi.. - Dincəlmək üçün başqa nə var?

Aralıq dənizində yerləşən Balear adalarında İbiza və Mayorkanın rəqibi olan kiçik bir cənnət parçası var. Bu ada eyni gözəllikdə çimərliklər təklif edir, amma turist izdihamı olmadan...

HİT.az xəbər verir ki, "Daily Express" qəzetinin yazdığına görə, Balear adalarının ən kiçiyi olan Formenera cəmi 83 kvadrat kilometr sahəyə malikdir və ən dar yerində eni çətinliklə 2,5 kilometrə çatır. Uzunluğu 19 km, eni 6,5 km olmasına baxmayaraq, bu ada gözəl ağ qumlu və firuzəyi dəniz suları olan nədəbilqə çimərlikləri ilə fəxr edir.

375752

Bu Aralıq dənizinin gizli incisinin həm də toxunulmamış mənzərələri və dünyanın ən yaxşı çimərliklərindən biri ilə təmtəraqlı olması, onu daha səmimi bir istirahət axtaranlar üçün ideal məkana çevirir.

Adanın sehrli çimərlikləri "Tripadvisor"da heyranedici rəylər toplayır. Bir istifadəçi Ses-İlletes (Ses Illetes) haqqında tərifli rəy yazıb: "Formenerada hər hansı bir səyahətiniz bu gözəl və möhtəşəm çimərliyi ziyarət etdikdə daha da mükəmməl olar".

Maraqlıdır ki, Plyaj de Mijorn (Platja de Migjorn) başqa bir məşhur görməli yerdir. Onu "təəccüblü dərəcədə sakit, izdihamsız və öz şəxsi məkanınızı asanlıqla tapa biləcəyiniz heyrətamiz çimərlik" kimi təsvir edirlər.

375753

Adanın əsas fəxri isə Plyaj İlletesdir (Platja Illetes). Ağ qumlu və firuzəyi sulu bu nədəbilqə çimərlik "Lonely Planet"in "2025-də Səyahətdə Ən Yaxşılar" (Best in Travel 2025) bələdçisinə görə dünyanın ən yaxşı çimərliklərindən biri seçilib.

Trukador yarımadasının qərb ucunda yerləşən Plyaj İlletes haqqında "Lonely Planet" yazır:

"Avropada təsəvvür edə biləcəyiniz qədər Karib dənizi atmosferinə yaxındır (tək istisna kakos palmalarıdır). Bəlkə də heç vaxt getmək istəməyəcəksiniz. Sahildən bir qədər aralıda Pouet və Rodona adlı iki kiçik ada (illeteslər) var ki, çimərliyə də adını onlar veriblər. Yüksək mövsümdə İbizadan gələn çoxlu gündəlik səyahətçilər gözləyin".

Samir
 

Chosen
10
hit.az

1Sources