EN

Ölkələr vətəndaşlarının İran və İsraildən təxliyə prosesinə başladı

İran və İsrail arasında münaqişə dördüncü gününə girərkən, bir çox ölkə İranın ardınca İsraildən öz vətəndaşlarını təxliyə etməyə başlayıb.

Turkustan.az xəbər verir ki, Təxliyyə Cənubi Kipr Rum Administrasiyası (GCASC) vasitəsilə dəniz, İordaniya və Misirdən keçən avtomobil yolu ilə həyata keçirilir.

Almaniya Xarici İşlər Nazirliyi bölgədəki bütün Alman vətəndaşlarını xaricdəki Alman vətəndaşları üçün açılan ELEFAND böhran idarəetmə siyahısında qeydiyyatdan keçməyə çağırıb. İsrail üçün ELEFAND siyahısında 4000-ə yaxın insanın qeydiyyatdan keçdiyi və sayının artdığı bildirildi.

Polşa və Çexiya öz vətəndaşlarını İsraildən çıxarmaq üçün hərəkətə keçən ölkələr arasındadır. Polşa Xarici İşlər Nazirliyi 200-ə yaxın vətəndaşını avtobusla İsraildən İordaniyaya təxliyyə edəcəyini açıqlayıb. Polşa vətəndaşlarının İordaniyadan paytaxt Varşavaya təyyarə ilə aparılacağı açıqlanıb.

Çexiya Xarici İşlər Nazirliyi də ölkəyə qayıtmaq istəyən vətəndaşların İsrailin paytaxtı Təl-Əvivdəki səfirliklə əlaqə saxlaması lazım olduğunu açıqlayıb. Çexiya mətbuatında yer alan xəbərlərə görə, artıq 70 vətəndaş öz ölkələrinə qayıtmaq üçün qonşu ölkələrə yola düşüb. Çexiyanın İsraildəki səfiri Veronika Kuçinova Smigolova təhlükəsizlik baxımından çex vətəndaşlarının hansı ölkə vasitəsilə vətənlərinə qayıdacağı barədə məlumat verməkdən imtina edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
2
1
turkustan.az

2Sources