BAKI, 17 iyun. TELEQRAF
Yüngül çəkidə çıxış edən azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev və çilili İqnasio Baxamondes iyulun 21-də "UFC on ABC" turnirinin ikinci əsas döyüşündə üz-üzə gələcəklər.
Teleqraf xəbər verir ki, Bakı Kristal Zalında keçiriləcək döyüş iyunun 21-dən 22-nə keçən gecə saat 01:00-da baş tutacaq.
Fiziyev peşəkar MMA üzrə 16 döyüş keçirib, onlardan 12-də qalib gəlib, 4-də məğlub olub. Baxamondes isə peşəkar səviyyədə 17 qələbə, 5 məğlubiyyətlə üzləşib.
Hər iki döyüşçü martda keçirilən UFC 313 turnirində iştirak edib. Fiziyev hakimlərin yekdil qərarı ilə Castin Geyciyə uduzub, Baxanondes isə “üçbucaq” fəndi ilə Celin Terneri məğlub edib.