Əlillik və fiziki məhdudiyyətli şəxslərin təhsilə cəlb olunması ilə bağlı tədbirlər keçirilir, bir sıra işlər görülür.
Teleqraf xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin sədr müavini Həbib Kərimov "Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" adlı tədbirdə deyib.
O bildirib ki, görmə qabiliyyəti qismən və ya tam məhdud olan şəxslərin həm peşə məktəblərində, həm də kolleclərdə təhsillərini davam etdirməsi ilə bağlı tədbirlər görülür.
"Hər il 7-8 belə şəxs peşə məktəblərində, kolleclərdə təhsilini davam etdirirlər. Ümumilikdə isə təxmini 30 nəfər təhsili davam etdirir. Hətta bizim 596 bal toplayan məzunumuz da var", - o əlavə edib.