EN

İsfahanda İsrailin hücumu zamanı üç nəfər ölüb, dörd nəfər yaralanıb

İranın mərkəzində iyunun 17-si səhər saatlarında İsrailin hücumu zamanı üç nəfər həlak olub, dörd nəfər xəsarət alıb.

“Report”un “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hücumun baş verdiyi İsfahan əyalətinin qubernator müavini Əkbər Salehi məlumat verib.

"Hücum nəticəsində üç nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb", - o bildirib.

Ə.Salehinin sözlərinə görə, zərbə Kaşan şəhərinin nəzarət-buraxılış məntəqələrindən birinə dəyib.

Chosen
6
6
report.az

8Sources