EN

Yaşı 18-dən az olan işçilərin gecə vaxtı işləməsi qadağandır

Azərbaycanda 18 yaşdan az olan işçilərin gecə növbəsində işləməsi qanunla qadağandır.

QHT.az xəbər verir ki, bu barədə Hüquq və İnsan Haqları İnstitutu məlumat yayıb. Qeyd olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 254-cü maddəsinə əsasən, yaşı 18-dən az olan şəxslərin iş vaxtından artıq işləməsi, bayram və istirahət günlərində işə cəlb edilməsi, habelə ezamiyyətə göndərilməsi qanunla qadağandır. Bundan əlavə, axşam saat 20:00-dan səhər saat 7:00-dək olan müddət, 18 yaşdan kiçik işçilər üçün gecə vaxtı hesab edilir və bu müddətdə onlara iş tapşırmaq hüquqi olaraq mümkün deyil.

Qeyd edək ki, bu qanun, uşaqların sağlamlığını qorumaq və onların inkişafına zərər verməmək məqsədilə iş hüquqlarını qorumağa yönəldilib. 

Chosen
6
qht.az

1Sources