Bakı. Trend:
2024-2025-ci tədris ilində paytaxtın 270 təhsil müəssisəsində“Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub.
Trend xəbər verir ki, layihəBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 9 323sinif üzrə 256 996 şagirdi əhatə edib.
Layihə çərçivəsində 6 030 müəllim müvafiq təlimlərdən keçib.
Həmçinin, şagirdlər arasında “Kod Saatı: Rəqəmsal gələcəyəaddım” müsabiqəsi təşkil olunub.