EN

İsrail Qolan təpələrində dron həyəcanı elan edib

Bakı, TurkicWorld

İsrail potensial dron hücumları ilə əlaqədar Qolan təpələrində yerləşən Ramat Maqşimim rayonunda hava hücumu həyəcanı elan edib.

TurkicWorld bu barədə İsrail KİV-ə istinadən xəbər verir.

Məlumata görə, aidiyyəti qurumlar sakinlərin təhlükəsiz sığınacaqlarda daldalanmalarını tövsiyə edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran "Həqiqi Vəd III Əməliyyatı" ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb

Chosen
7
4
turkic.world

4Sources