Bakının Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında “İnşaat Konstruksiyaları” MMC-yə məxsus binada bəzi sakinlər pul verib aldıqları mənzillərində yaşaya bilmirlər.
Viral.az xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə bir qrup sakin müraciət edib.
Onların iddialarına görə, aldıqları mənzillər başqalarına da satılıb. Şikayətçilər bildiriblər ki, 2017-ci ildən tikilməkdə olan binada mənzil üçün ödəniş ediblər. Lakin bir neçə il əvvəlki qiymətlərlə ödəniş etdiklərindən indi pul yox, həmin binadan mənzil istəyirlər.
Son Yazılar:
- İzalanan müqavilə əlimdə, evimə girə bilmirəm
- “Ebru ilə Rezanı bağışladım…”
- İsmayıllıda oğul atasını BIÇAQLADI
“Gəlmişəm açarla qapını açmağa, deyir ki, ora sənə məxsus deyil. 2021-ci ildə imzalanan müqavilə əlimdə, evimə girə bilmirəm. Deyir mən sənin müqaviləni ləğv edə bilərəm. Bu nə özbaşınalıqldır? Müqaviləni necə ləğv edə bilər?”, – sakinlərdən biri söyləyib.
Özünü binanı inşa edən MMC-nin rəsmisi olaraq təqdim edən Filman Cəfərov isə bildirib ki, sakinə binanın 5-ci mərtəbəsindən mənzil təklif edilib və qanuni olaraq ona məxsusdur: “O ki qaldı digər sakinin müqaviləsinin ləğv edilməsinə, həmin şikayətçi ilə də mənzilin sahəsinə görə razılığa gəlinməlidir”.
Daha ətraflı süjetdə: