İsrail İsfahana hücum etdi: Ölənlər və yaralananlar var
Ajans.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə hücumun baş verdiyi İsfahan əyalətinin qubernator müavini Əkbər Salehi məlumat verib. "Hücum nəticəsində üç nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb", - o bildirib.
Ə.Salehinin sözlərinə görə, zərbə Kaşan şəhərinin nəzarət-buraxılış məntəqələrindən birinə dəyib.