AFFA İntizam Komitəsinin bugünkü iclasında Gənclər Liqası ilə bağlı qərarlar açıqlanıb.
Msport.az xəbər verir ki, “Səbail” – “Araz Naxçıvan” oyununda hər komandadan bir futbolçu diskvalifikasiya olunub.
“Araz Naxçıvan”dan Məhəmməd Rəşidli, “Səbail”dən Murad Fərzəliyev rəqibi təhqir etdiyi üçün 3 oyunluq cəza ilə üzləşib.
“Neftçi”nin oyunçusu Mirəli Hüseynov isə “Turan Tovuz”la qarşılaşmada təcavüzkar davranışa görə 4 oyunluq sanksiyaya məruz qalıb.