EN

Azərbaycan əhalisinin sayı heç vaxt 11 milyonu keçməyəcək?

Birləşmiş Millətlər Təşkilatının (BMT) əsrin sonuna olan proqnoz və hesabatlarında heç vaxt Azərbaycan əhalisinin 11 milyon nəfəri keçməyəcəyi göstərilir.

Bu iddia bir az qəribə görünür. Çünki Dövlət Statistika Komitəsi ilin hər rübündə əhali sayının artması barədə məlumat dərc edir.

Son məlumata görə, Azərbaycan əhalisinin ümumi sayı 10 milyon 230 min nəfəri keçib. Digər yandan, doğum sayının sürətlə azaldığı da qeyd olunur.

Yenisabah.az son 10 il ərzində ölkə ərazisində doğulan və ölənlərin sayını araşdırıb.

2015-2025-ci illəri əhatə edən statistikaya əsasən, axır 10 ildə ən yüksək doğum göstəriciləri 2015-ci ildə olub. Həmin il 166 211 nəfər doğulub. Lakin 2015-ci ildən sonra rəqəmlərdə silsilə azalma müşahidə olunur.

 

Doğum sayı azalıb

Doğum sayında ən minimum göstərici isə ötən il qeydə alınıb. 2024-cü ildə ölkədə 102 310 uğurlu doğuş baş verib. Halbuki 2019-cu ildə bu göstərici 141 min 179 nəfər olub. Yəni son 5 il ərzində doğum sayı 38 min 869 nəfər azalıb. Bu ilin ilk rübünə olan analoji göstərici isə 22 119 nəfərdir.

2015-ci il: 166 211 nəfər

2016-cı il: 159 400 nəfər

2017-ci il: 144 040 nəfər

2018-ci il: 139 527 nəfər

2019-cu il: 141 179 nəfər

2020-ci il: 126 507 nəfər

2021-ci il: 115 528 nəfər

2022-ci il: 126 148 nəfər

2023-cü il: 115 801 nəfər

2024-cü il: 102 310 nəfər.

2025-ci il: 22 119 nəfər (yanvar-mart ayı)

 

Ölümlərdə ciddi fərq yoxdur

Son 10 illik dövrdə ölənlərin sayına nəzər yetirdikdə, dəyişkən dinamikanın şahidi oluruq. COVİD-19 pandemiyasının geniş yayıldığı 2020 və 2021-ci illərdə xeyli artan ölüm statistikası, növbəti illərdə tədricən azalma tendensiyasında olub. Bu ilin ilk rübündə isə 14 172 nəfər dünyasını dəyişib. Ötən ilin eyni dövrü ilə müqayisədə (15.645) nisbi azalma nəzərə çarpsa da, doğum göstəricilərinin də azalması narahatedici faktordur. Daha konkret, 2025-ci ilin ilk rübündə doğulan 22 119 nəfərlə müqayisədə 14 172 nəfər vəfat edib. 

2015-ci il: 54 507 nəfər

2016-cı il: 55 528 nəfər

2017-ci il: 55 860 nəfər

2018-ci il: 56 612 nəfər

2019-cu il: 54 747 nəfər

2020-ci il: 75 754 nəfər (COVID-19 pandemiyasının təsiri)

2021-ci il: 76 605 nəfər (COVID-19 pandemiyasının təsiri)

2022-ci il: 60 762 nəfər

2023-cü il: 57 410 nəfər

2024-cü il: 58 909 nəfər

2025-cü il: 14 172 nəfər (yanvar-mart ayı)


Chosen
5
3
news24.az

4Sources