EN

Xameneinin ən yaxın adamı ÖLDÜRÜLDÜ - 4 gün qabaq təyin edilmişdi

İsrail Müdafiə Ordusu gecə saatlarında İrana endirilən zərbələr zamanı İran Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının komandanlığı – “Xatəmül-Ənbiyə” qərargahının rəisi, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) generalı Əli Şadmanini öldürüb. 

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Ordusu İran rejiminin yüksək rütbəli hərbi komandirini zərərsizləşdirib. Dəqiq kəşfiyyat məlumatları əldə edildikdən sonra gecə saatlarında İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Tehranın mərkəzində yerləşən qərargaha aviazərbə endirərək, hərbi qərargahın rəhbəri, İran lideri Əli Xameneiyə ən yaxın şəxslərdən biri və ən yüksək rütbəli hərbi komandir olan Əli Şadmanini öldürüb", – bəyanatda deyilir.

Qeyd edək ki, Şadmani bu vəzifəyə 4 gün əvvəl İsrailin zərbələri nəticəsində öldürülən general Qulam Əli Rəşidin yerinə təyin olunmuşdu.

Musavat.com

 

Chosen
4
1
musavat.com

2Sources