EN

“MilliÖn” terminalından 8273 manatı belə oğurladılar - Video

Gəncədə ödəmə terminalından xeyli pul oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin keçirdiyi tədbirlərlə şəhərdəki mağazaların birində ödəmə terminalından 8273 manat oğurlanması cinayətinin üstü açılıb.

Əməldə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər 34 yaşlı Emin Əsgərov və həmyaşıdı Vicat İsmayılov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə mağazadakı kameraya düşüb. Həmin görüntüləri təqdim edirik:

Chosen
4
1
qafqazinfo.az

2Sources