EN

Türkiyədən Qazaxıstana tekstil ixracı 33 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Qazaxıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq, 5 milyon 736 min 89 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Qazaxıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq, 33 milyon 238 min 67 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq, 4 milyard 47 milyon 16 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 854 milyon 319 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 9 milyard 567 milyon 134 min dollar məbləğində tekstil ixrac edib.

Chosen
23
18
turkic.world

10Sources