EN

İsrail - İran münaqişəsi Azərbaycan iqtisadiyyatına necə təsir edir?VİDEO

İsrail və İran arasında başlanan münaqişənin iqtisadi təsiri artıq  dünyanın bir çox ölkəsində hiss edilir. İranın ölkəmizlə qonşu  olması   və iqtisadi əlaqələrin genişliyi ,  orada baş verən hadisələrin Azərbaycana təsiri ilə bağlı suallar yaradır.

Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı ekspert Rəşad Həsənov deyir ki, ölkəmizin münaqişədə olan tərəflərin hər ikisi ilə də geniş iqtisadi ələaqələri var. yaranan gərginlik arzuolunmaz nəticələrə səbəb ola bilər.

Rəşad Həsənov deyir ki, regionda münaqişə ocağının yaranması yük daşımalarına təsirini göstərir. Xüsusən Bəndər Abbas limanına yönəlik hücumlar tədarük zəncirində fasilələrin yaranmasına səbəb olur.

Ekspert onu da bildirib ki, hazırda münqaişə səbəbi ilə Azərbaycan bazarında hər hansısa bahalıq müşahidə edilmir. Ancaq  gələcəkdə xüsusən İrandan idxalın azalması qiymət artımına da səbəb ola bilər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
5
xezerxeber.az

1Sources