Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edib.
DİN-dən verilən məlumata görə, müraciətdə deyilir:
"Naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır.
İyunun 16-da bir sıra şəxslərin bank hesablarından 3146, 900, 400, 318, 240, 70 manat və 15 dollar kiber üsulla oğurlanıb.
“Cebheinfo.az”