EN

İran və İsraildə ölən və yaralananlar arasında azərbaycanlılar var? - XİN-dən AÇIQLAMA

Bakı. Trend:

İsrailin və İranın qarşılıqlı hava hücumları nəticəsində hər ikiölkədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarınınolması barədə səfirlik və konsulluqlarımıza məlumat daxilolmayıb".

Bunu Trend-əAzərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi AyxanHacızadə deyib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb

Məqalədə:
Chosen
6
4
az.trend.az

5Sources