EN

Bank Avrasiyanın departament direktoruna dələduzluq edilib - MƏHKƏMƏ

BAKI, 17 iyun. TELEQRAF

Bakıda özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək çox sayda vətəndaşa qarşı dələduzluq əməli törətməkdə təqsirləndirilən Vüsal Hüseynağa oğlu Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəmədə hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, bundan əvvəl bu cinayət işini hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılıb. Lakin o, ötən il vəfat etdiyi üçün cinayət işi yenidən araşdırmaya başlayıb.
Prosesdə iki zərərçəkmiş - Rahib Rəhimovvə Emil Babayev iştirak ediblər. Anket məlumatları dəqiqləşdirililən zaman Emil Babayev Bank Avrasiyanın departament direktoru vəzifəsində işləyib.
Vüsal Bağırov bildirib ki, ibtidai istintaq zamanı işində qanunsuzluqlar olub. O, dövlət ittihamçısı Cövdət Mehrəliyevə etiraz edib, onun işinə dövlət ittihamçısı qismində çıxış etməsini istəməyib.
Daha sonra hakimlər etiraz baxmaq üçünmüşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər qərar elan ediblər. Qərara görə, dövlət ittihamçısına qarşı verdiyi etiraz təmin edilməyib.
Bundan sonra təqsirləndirilən şəxsin vəkilləri müəyyən edilib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, cinayət işi üzrə 23 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onların arasında vəzifəli şəxslər, professor və sair var.
İstintaq sənədlərində göstərilib ki, Bakıda və Abşeron rayonunda zərərçəkmiş şəxslərə özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edib. Onların mənzilini təmin etdirəcəyini dair söz verib.
Bundan başqa, o, bəzi zərərçəkmişlər fərdi yaşayış evi tikdəcəyinə dair vəd verib. Onların pullarını alaraq ələ keçirib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Qeyd edək ki, Vüsal Bağırov 2022-ci ildə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külii miqdardr zərər vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edib.
Xatırladaq ki, ona qarşı istinintaq zamanı əvvəlcə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə),178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham verilib.
Lakin sonradan cinayət qurbanlarının sayı və dəymiş zərərin məbləği artıb.
V.Bağırovdan yeni şikayətlər daxil olub və ona görə də onun əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilib.
Cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ümumilikdə yarım milyon manata yaxındır.

Chosen
3
5
teleqraf.com

7Sources