“Fənərbağça”dan ayrılan futbolçu Edin Ceko karyerasını İtaliyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Fiorentina” klubu ilə anlaşıb. Yaxın günlərdə tərəflər arasında 1 illik müqavilə bağlanacaq.
Florensiya klubu 38 yaşlı hücumçuya illik 1.5–1.8 milyon avro maaş ödəyəcək.