EN

İstanbulda əldə olunan razılığa əsasən meyitlər təhvil verildi

Rusiya və Ukrayna İstanbulda son birbaşa danışıqlarda əldə olunan razılaşmalar çərçivəsində beşinci dəfə meyitlərin təhvil verilməsini həyata keçirdiklərini açıqlayıblar.

Rusiya Müdafiə Nazirliyi iyunun 16-da verdiyi açıqlamada bildirib ki, Moskva 1248 Ukrayna əsgərinin meyitini Kiyevə, Ukrayna tərəfi isə 51 Rusiya əsgərinin meytini təhvil verib.

Açıqlamada o da qeyd olunub ki, Rusiya bu ayın əvvəlində İstanbulda əldə olunmuş razılaşmanın əsaslarını yerinə yetirərək Ukraynaya ümumilikdə 6060 meyit təhvil verib, Moskva isə bunun müqabilində cəmi 78 meyit təhvil alıb.

“İndiki mərhələdə biz Ukrayna Silahlı Qüvvələrinin daha 2239 əsgərinin meytini Ukrayna tərəfinə təhvil verməyə hazırıq”, -deyə açıqlamada vurğulanıb.

İstanbulda sülh danışıqlarında iştirak edən Rusiya nümayəndə heyətinə başçılıq edən Rusiya prezidentinin müşaviri Vladimir Medinski “Telegram” yer alan açıqlamada meyitlərin qarşılıqlı təhvil verilməsini təsdiqləyib və girov mübadiləsinin davam etdiyini bildirib.

“Cəbhə xəttində ağır yaralananların təcili tibbi təxliyə işləri həyata keçirilib”, -deyə Medinski bildirib.

Ukrayna Əsirlərinin Müalicəsi üzrə Koordinasiya Mərkəzi də “Telegram”da təhvil verilmə prosesini təsdiqləyib, lakin bir qədər fərqli rəqəmlər verərək bildirib ki, meyitlərin son qarşılıqlı qaytarılması zamanı “Rusiyanın verdiyi məlumata görə, Ukrayna vətəndaşlarına məxsus” 1245 meyit təhvil verilib.

“Beləliklə, Ukrayna İstanbul razılaşmaları çərçivəsində ümumilikdə 6057 meyit təhvil alıb”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, iyunun 2-də İstanbul Rusiya-Ukrayna sülh danışıqlarının mayın 16-da keçirilən birinci raundundan sonra ikinci raunduna ev sahibliyi edib.

Son danışıqlarda hər iki tərəf ən gənc və ən ağır yaralanan girovların mübadiləsi, eləcə də hər iki tərəfdən 6 min əsgərin meytinin təhvil verilməsi barədə razılığa gəlib.

Keçən həftə həm Rusiya, həm də Ukrayna saziş çərçivəsində ilk mübadilənin baş tutduğunu təsdiqləyib. Kiyev 1212 meytin Ukraynaya qaytarıldığını, Moskva isə 27 rus əsgərinin meytini qəbul etdiyini bildirib.

O vaxtdan bəri 13,14,15 iyun tarixlərində daha üç mübadilə baş tutub.

Chosen
3
veteninfo.az

1Sources